ADB - Asian Development Bank

09/25/2024 | Press release | Archived content

ເອດີບີ ປັບຂຶ້ນແນວໂນ້ມການເຕີບໂຕທາງດ້ານເສດຖະກິດ ສຳລັບ ຂົງເຂດອາຊີ ແລະ ປາຊີຟິກທີ່ກຳລັງພັດທະນາ

MANİLA, FİLİPPİN (25 sentyabr 2024-cü il) - Asiya İnkişaf Bankı (AİB) güclü daxili tələbat və ixracın davamlı artımı fonunda bu il Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələri üçün iqtisadi artım proqnozunu yüksəldib. AİB regional inflyasiya ilə bağlı proqnozunu da aşağı salıb.

Bu gün dərc olunanAsiyanın İnkişaf Perspektivləri (ADO) hesabatının 2024-cü il sentyabr ayı sayınaəsasən aprel ayındakı 4.9%-lik proqnozla müqayisədə regionda iqtisadi artımın bu il 5.0% olacağı gözlənilir. Gələn il üçün artım proqnozu 4.9% səviyyəsində saxlanılır. Əvvəlki 3.2%-lik proqnozla müqayisədə 2024-cü il üzrə Asiya və Sakit Okean regionundakı inkişaf etməkdə olan ölkələrdə inflyasiyanın 2.8%-ə qədər azalacağı gözlənilir.

Yaxşılaşdırılan iqtisadi perspektiv Şərqi Asiya, Qafqaz, Mərkəzi Asiya və Sakit okean regionunda gözləniləndən daha güclü artımdan xəbər verir. Qismən süni intellekt bumu ilə əlaqəli olan yarımkeçiricilərə qlobal tələbatın artması ixracın artmasına təkan verir, eyni zamanda qlobal səviyyədə ərzaq qiymətlərinin aşağı düşməsi və monetar siyasətin gecikmiş təsiri inflyasiyanı pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdırıb.

AİB-in baş iqtisadçısı Albert Park bildirib ki, "Güclü iqtisadi əsaslar bu il və gələn il artıma dəstək olmağa davam edəcək. İnflyasiyanın daha da aşağı düşməsi və ABŞ-nin monetar siyasətini yumşaltması nəticəsində maliyyə şərtlərinin yaxşılaşacağı gözlənilir. Bu isə öz növbəsində, region üçün müsbət perspektivlərə təkan deməkdir".

Perspektivlər üçün əsas risklərə Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin Xalq Respublikası (ÇXR) arasındakı ticarət gərginliyinin böyüməsi, ÇXR-nin daşınmaz əmlak bazarında vəziyyətin daha da pisləşməsi, geosiyasi gərginliyin kəskinləşməsi, iqlim dəyişmələri, habelə əlverişsiz hava şəraitinin əmtəə qiymətlərinə, ərzaq və enerji təhlükəsizliyinə təsiri daxildir.

Asiya və Sakit okean regionunun ən böyük inkişaf etməkdə olan ölkəsi, ÇXR, üçün artım proqnozu bu il 4,8%, gələn il isə 4,5% qeyd edilib. ÇXR-nın daşınmaz əmlak sektorunda davam edən geriləmə 2024-cü ildə məişət xərclərinə mənfi təsir göstərib. Stimullaşdırıcı monetar və fiskal siyasətlər, eləcə də daha artan ixrac əsaslı yüksək investisiya bu mənfi təsirləri qismən azaldıb.

Güclü daxili tələbatın, o cümlədən dövlət xərclərinin artması fonunda 2024-cü ildə bölgənin ikinci ən böyük iqtisadiyyatı Hindistan üçün artım proqnozu aprel ayından etibarən dəyişməz olaraq 7,0% səviyyəsində qalır.

Qafqaz və Mərkəzi Asiya üçün builki artım proqnozu aprel ayındakı 4,3%-lik proqnozu ilə müqayisədə 4,7%-ə yüksəldilib.Bu, bəzi region iqtisadiyyatlarında pul köçürmələrinin daxili tələbata müsbət təsirinə görədir. Sakit okean hövzəsi üçün iqtisadi artım proqnozu artan turist axını ilə əlaqədar aprel ayındakı 3,3%-dən 3,4%-ə yüksəlib. Cənub-Şərqi Asiya üzrə artım proqnozu dövlət investisiyalarının azalması və ixracın gözləniləndən daha gec bərpa olunmasına görə 0,1 faiz azalaraq 4,5%-ə endirilib.

AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, davamlı və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 68 üzvü monun səhmdarlarıdır.